Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Tokio, 17 oktyabr , /AJMEDIA/

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
BŞTİ-dən AJMEDIA-ya bildirilib ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseydə keçirilən test imtahanında 199 nəfər iştirak edib. İmtahanda namizədlərə 40 test tapşırığının cavablandırılması üçün 80 dəqiqə vaxt verilib.
Test imtahan nəticəsi məqbul hesab olunan namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırmaqla təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts