Gənclər evlərinin fəaliyyət istiqamətləri, problem və təklifləri müzakirə olunub

Tokio, 30 Noyabr, /AJMEDIA/

Noyabrın 29-da gənclər və idman naziri Fərid Qayıbov Gənclər evlərinin rəhbərləri ilə Qaradağ Gənclər Evində görüşüb.

Gənclər və İdman Nazirliyindən AJMEDIA-ya bildiriblər ki, görüş zamanı nazir iştirakçıların hər biri ilə tanış olub, onların fəaliyyətləri ilə maraqlanıb, problem və təkliflərini dinləyib.

Görüşdə Gənclər evlərinin fəaliyyətlərinin təkmilləşdirilməsi və müasir çağırışlara cavab verən xidmətlərin göstərilməsi üçün gənclərin tələb və istəklərinin araşdırılması və fəaliyyət istiqamətlərinin ona uyğun qurulmasının vacibliyi vurğulanıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət gənclər siyasəti sahəsində əsas tövsiyələrindən biri ölkəmizdə gənclərlə işin müasir tələblər səviyyəsində qurulması və gənclərin vətənpərvər, bacarıqlı, müasir dünyagörüşlü və layiqli vətəndaş olaraq yetişdirilməsidir. Buna görə də gənclər siyasəti istiqamətində dövlətimizin başçısının müvafiq tapşırıqlarının icrasında fəallıq bundan sonra daha da artırılmalıdır.

Tədbirdə nazir müavini İndira Hacıyeva, nazirin müşaviri İsrafil Cəfərov, nazirliyin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev və Kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cabbarov da iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts