Gənc şairlərimiz Macarıstanda mükafata layiq görülüblər

Tokio, 23 fevral , /AJMEDIA/

TÜRKSOY və Macarıstan Respublikasının təşkilatçılığı ilə görkəmli macar şairi Şandor Petofinin (1823-1849) 200 illiyi münasibətilə Beynəlxalq şeir tərcüməsi müsabiqəsi keçirilib.
AJMEDIA xəbər verir ki, azərbaycanlı şairlər Ramil Əhməd və Cavid Mövsümü müsabiqədə qalib olublar.
Müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan şairlər, tərcüməçilər iştirak ediblər.
Mükafat martın 15-də paytaxt Budapeşt şəhərində təqdim ediləcək. Müsabiqə çərçivəsində tərcümə olunan şeirlər kitab halında nəşr olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts