Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi müəyyənləşib

Tokio, 15 dekabr, /AJMEDIA/

Azərbaycan milli elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib.

AJMEDIA xəbər verir ki, AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda şuranın yeni sədri və tərkibi müəyyənləşib. Səsverməyə əsasən institutun elmi işçisi Behbud Hüseynov şuranın sədri, Ülviyyə Səfərzadə sədr müavini, Xalid Hidiyev isə katibi seçilib.

Günay Əhmədova, Aynur Qəhrəmanova, Sənan Paşayev və Cəfər Quliyev isə şuranın yeni üzvü olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts