Fənn olimpiadalarının final turunun nəticələri açıqlanıb

Tokio, 17 may , /AJMEDIA/

Riyaziyyat, fizika, biologiya və informatika fənləri üzrə keçirilən fənn olimpiadalarının final turunun nəticələri açıqlanıb.
Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, riyaziyyat, fizika və biologiya üzrə aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal, yuxarı yaş qrupu üzrə isə 1-5-ci və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30-cu və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanıb.
İnformatika fənnindən aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanıb. Yuxarı yaş qrupu üzrə isə finalçıların 50 faizi 5 qızıl medalçı, 8 gümüş medalçı, 13 bürünc medalçı olmaqla qalib elan edilib.
Yekun nəticələrlə olimpiada.edu.az saytından tanış olmaq mümkündür.
Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts