“Elm” qəzetinin növbəti nömrəsində…

Tokio, 22 aprel , /AJMEDIA/

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, qəzetin ilk səhifəsində Azərbaycan və Qırğızıstan prezidentlərinin görüşü, eləcə də M.A.Əfəndiyevə və Q.N.Mürşüdova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında ölkə başçısının Sərəncamı yer alıb.
Bundan əlavə, nəşrdə “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi”nin təqdimatına dair tədbir, “Məmmədəli Hüseynov 100: Cənubi Qafqaz arxeologiyasının aktual problemləri” mövzusunda beynəlxalq konfrans, “Teknofest Azərbaycan” festivalı çərçivəsində keçiriləcək sərgidə AMEA-nın elmi müəssisələrinin iştirakı ilə bağlı görülən işlər, “Mühəndis heyətinin intellektual potensialı Azərbaycanın strateji resursudur”, “Azərbaycan-Gürcüstan: Elmi əməkdaşlığın ən uğurlu nəticəsi”, “Azərbaycan elminin Çin təmsilçisi” və digər sərlövhəli məqalə və informasiyalarla tanış olmaq olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts