DYP: Paytaxtın mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Tokio, 28 fevral , /AJMEDIA/

Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi (DYP) paytaxt sakinləri və sürücülərə müraciət edib.
DYP-dən AJMEDIA-ya bildirilib ki, martın 1-3-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulub.
“Bakı Konqres Mərkəzində keçiriləcək tədbirdə iştirak edən qonaqların əsas hərəkət marşrutları paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək. Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə başa çatması üçün paytaxt sakinlərindən və sürücülərdən mərkəz istiqamətinə səfərlərini əsasən ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddətdə şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik. Mərkəzə daxil olan nəqliyyat axının fasiləsiz idarə olunması məqsədilə paytaxtın cənub girişindən mərkəzə doğru əsasən Lökbatan dairəsindən kənar dairəvi yolla hərəkətə üstünlük verməklə hərəkət etməyi, Zərifə Əliyeva, Neftçilər prospekti, İstiqlaliyyət və Yusif Səfərov istiqamətində mərkəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətini yükləməməyi xahiş edirik”, – deyə müraciətdə qeyd olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts