Dünyada bir həftə ərzində təxminən 4,4 milyon insan koronavirusa yoluxub

Tokio, 2 sentyabr, /AJMEDIA/

Son bir həftə ərzində dünyada təxminən 4.4 milyon insan koronavirus infeksiyasına yoluxub, 67 mindən çox insan həyatını itirib. AJMEDIA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiya ilə bağlı həftəlik bülletenində deyilir.

Avqustun 23-dən 29-dək dünyada koronavirusa 4 395 748 yoluxma halı aşkar edilib ki, bu da əvvəlki yeddi günün göstəricisi ilə müqayisədə 4 faiz azdır. 67 388 ölüm halı qeydə alınıb ki, bu da əvvəlki həftənin səviyyəsindən 2 faiz aşağıdır. Avqustun 29-na olan məlumata görə, dünyada 215 714 824 yoluxma halı qeydə alınmışdı, pandemiyanın başlanmasından bəri 4.395.748 insan dünyasını dəyişib.

Avropada yeddi gün ərzində 1.17 milyondan çox insan yoluxub, 12 mindən çox insan həyatını itirib. Amerikada 1.4 milyondan çox yeni yoluxma halı, 22 mindən çox ölüm halı qeydə alınıb. Cənub -Şərqi Asiyada həkimlər 596 mindən çox yoluxma halı müəyyən ediblər, 14 mindən çox insan vəfat edib. Bir həftə ərzində ən çox yoluxma halı barədə ÜST-yə Birləşmiş Ştatlar tərəfindən bildirilib (938,014). Sonra sıralamada Hindistan (270 796), İran (254 753), Böyük Britaniya (237 556) və Braziliya (175 807) yer alıblar.

Bülletendə göstərilən məlumatlara görə, ilk dəfə 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkar olunan koronavirusun “alfa” ştamı hazırda 193 ölkədə və ərazidə mövcuddur (əvvəlki həftəyə nisbətən 1 ölkə artıb). Keçən ilin avqustunda Cənubi Afrikada aşkar edilən “beta” variantı 141 ölkədə dövr edir (bir həftə əvvəlki rəqəmlə eynidir). Sentyabr ayında Braziliyada aşkar olunan “qamma” ştamı indi 91 ölkədə (əvvəlki yeddi günlə müqayisədə 5 ölkə artıb) aşkar edilib. Öz növbəsində, Hindistanda aşkar edildikdən sonra 2020-ci ilin oktyabr ayından etibarən mütəxəssislərə məlum olan “delta” variantı bir həftə ərzində coğrafiyasını 163-dən 170 ölkə və əraziyə qədər genişləndirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts