Dünya Bankının nümayəndələri Azərbaycanla birgə əməkdaşlığın əhəmiyyətini qeyd ediblər

Tokio, 12 oktyabr , /AJMEDIA/

Oktyabrın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və komitə üzvləri Dünya Bankının nümayəndələri ilə görüşüblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildirilib ki, Tahir Mirkişili qonaqları salamlayaraq, Azərbaycanın Dünya Bankı ilə əlaqələrinin əhəmiyyətindən danışıb. Komitə sədri Azərbaycanda büdcə sisteminin dayanıqlılığının möhkəmləndirilməsi mexanizmlərindən bəhs edərək bu barədə fikirlərini bölüşüb.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, komitə üzvləri Vüqar Bayramov, Aydın Hüseynov, Məzahir Əfəndiyev, Mahir Abbaszadə və Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov Azərbaycanda büdcə prosesləri, büdcə sisteminin dayanıqlılığı, ortamüddətli xərclər çərçivəsinin qiymətləndirmə meyarları haqqında danışıblar.
Dünya Bankının nümayəndələri Mark Robinson, Marko Kancano, Ana Palaçio və İsveçrə Əməkdaşlıq Təşkilatının layihə rəhbəri Aytən Axundova fiskal dayanıqlılığın inkişafı, büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi kimi istiqamətlərdə beynəlxalq təcrübədən söz açıblar, bu kontekstdə birgə əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.
Sonra söhbətdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts