Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilib

Tokio, 27 avqust , /AJMEDIA/

Avqustun 27-də Dövlət İmtahan Mərkəzində (DİM) SAT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299 ünvanında yerləşən inzibati binasında təşkil olunub.
DİM-dən AJMEDIA-ya bildirilib ki, imtahanda 3 əcnəbi olmaqla, ümumilikdə 105 nəfər iştirak edib.
Növbəti SAT imtahanının 2022-ci il oktyabrın 1-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumat DİM-in internet saytında yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts