Daşkənddə Transəfqanıstan nəqliyyat dəhlizinin tikintisi ilə bağlı danışıqlar aparılıb

Tokio, 11 dekabr, /AJMEDIA/

Daşkənddə Transəfqanıstan nəqliyyat dəhlizinin tikintisi ilə bağlı üçtərəfli (Özbəkistan, Əfqanıstan, Pakistan) və çoxtərəfli (Rusiya, Qazaxıstan, Özbəkistan, Əfqanıstan, Pakistan) danışıqlar aparılıb.

AJMEDIA Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, üçtərəfli və çoxtərəfli danışıqlarda Termez-Məzari Şərif-Kabil-Peşəvər dəmir yol xəttinin layihələşdirilməsi və tikintisi ilə bağlı geniş müzakirələr aparılıb.

Bildirilib ki, layihənin ilkin texniki-iqtisadi əsaslandırılması aparıldıqdan sonra beynəlxalq maliyyə institutlarına müraciət ediləcək.

Qeyd olunub ki, layihə istifadəyə verildikdən sonra regionun iqtisadi inkişafını dərinləşdirəcək, qonşuluq münasibətlərini genişləndirəcək, beynəlxalq nəqliyyat kommunikasiyaları və regionlararası ticarətin inkişafına təkan verəcək, iqtisadiyyatın müxtəlif sahələri arasında əməkdaşlıq münasibətlərini gücləndirəcək.

Yaradılan İşçi Qrupunun müntəzəm olaraq görüşlər keçirməsi, qısa müddətdə dəmiryol xəttinin keçdiyi ərazilərin müəyyənləşdirilməsi və bu istiqamətdə işlərin görülməsi barədə qərar verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts