Dağıstan logistik mərkəzlərin yaradılmasında ölkəmizin təcrübəsini öyrənmək istəyir

Tokio, 7 dekabr , /AJMEDIA/

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovla görüşüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AJMEDIA-ya bildirilib ki, görüş zamanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində və hava nəqliyyatı sahəsində əməkdaşlıq, logistik mərkəzlərin yaradılması və bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda rəqəmsallaşma istiqamətində əməkdaşlığın qurulması və təcrübə mübadiləsinə dair müzakirə aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts