Bu il ilk dəfə olaraq peşə təhsili üzrə axşam qruplarına qəbul aparılacaq

Tokio, 1 avqust , /AJMEDIA/

2022/2023-cü tədris ili üzrə peşə təhsili üzrə ilk dəfə olaraq axşam qruplarına qəbul aparılacaq.
AJMEDIA xəbər verir ki, bunu 2022-2023-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi ilə bağlı təşkil olunan mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov deyib. O bildirib ki, axşam qruplarına 920 tələbə yeri ayrılıb.
Qeyd edək ki, avqustun 1-dən etibarən peşə təhsil müəssisələrinə 2022/2023-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Peşə təhsili almaq istəyən şəxslər avqustun 1-12-də portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts