“Brent” markalı neftin qiyməti 85 dolları ötüb

Tokio, 3 aprel , /AJMEDIA/

Londonun “ICE” birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti martın 7-dən bəri ilk dəfə bir barel üçün 85 dolları ötüb.

AJMEDIA-nın məlumatına görə, bu barədə ticarət platformasından məlumat verilib.

Saat 02:09-a (GMT+4) olan məlumata görə, “Brent” markalı neftin qiyməti 6,43% artaraq bir barrel üçün 85,03 dollar olub.

Saat 02:23-də (GMT+4) “Brent” markalı neft bir barel üçün 85,45 dollara satılır (6,96%). Eyni zamanda, “WTI” markalı neftin may fyuçerslərinin qiyməti 7,15 faiz artaraq bir barel üçün 81,08 dollar təşkil edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts