Braziliyada leysan yağışlar nəticəsində azı 35 nəfər həlak olub

Tokio, 29 may , /AJMEDIA/

Braziliyanın şimal-şərqində leysan yağışlar azı 35 nəfərin həyatına son qoyub.
AJMEDIA “Reuters” agentliyinə istinadla xəbər verir ki, leysan yağışları Atlantik okeanı sahilindəki iki böyük şəhərdə baş verib.
Təbii fəlakət nəticəsində ölənlərdən 33 nəfər Pernambuku ştatından, iki nəfər isə qonşuluqda yerləşən Alaqoas ştatındandır.
Bildirilib ki, azı 765 nəfər müvəqqəti olaraq öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, dekabr və yanvar aylarında Braziliyanın şimal-şərqində yerləşən Bahia ştatında leysan yağışları nəticəsində onlarla insan həlak olub, on minlərlə insan didərgin düşüb.
Bundan əlavə, yanvarın sonunda San-Paulu ştatının cənub-şərqində baş verən daşqınlar nəticəsində azı 18 nəfər həlak olub. Fevral ayında isə Rio-de-Janeyro əyalətində dağlara yağan leysan 230-dan çox insanın həyatına son qoyub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts