Böyük Britaniyada koronavirusa ümumi yoluxanların sayı 10 milyonu ötüb

Tokio, 3 Dekabr, /AJMEDIA/

Böyük Britaniyada ötən gün koronavirusa 53 min 945 yeni yoluxma faktı qeydə alınıb, 141 nəfər həyatını itirib.

AJMEDIA xəbər verir ki, bununla da Krallıqda ümumi yoluxanların sayı 10 milyonu ötüb.

Həmçinin Britaniyada bu vaxtadək 32 nəfərdə “omikron” ştamına rast gəlinib.

Ölkədə 50 milyondan çox insan birinci doza, 46 milyon insan isə iki doza peyvənd olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts