BDU-nun “TEKNOFEST-2023”ün qalibi olan layihələri

Tokio, 2 may , /AJMEDIA/

Bakı Dövlət Universitetinin (BDU) “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında I və III yerləri tutan komandaları bu gün Vətənə qayıdacaq.
Bu barədə AJMEDIA-ya BDU-dan məlumat verilib.
BDU-nun “TEKNOFEST-2023”də I yerə çıxan “BSU Creativity Workz” komandası “Driver’s Eye” layihəsi ilə avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem yaradıb. Layihə yol hərəkətində müşahidə edilən problemlərin süni intellekt əsasında həllinə həsr edilib. Belə ki, layihədə nəqliyyat axınının, piyadaların hərəkətinin və avtomobilin idarə edilməsi zamanı yaranan “kor nöqtələr” süni intellekt əsaslı YOLO alqoritmi ilə analiz olunub. Bunun əsasında sürücünün görə bilmədiyi nöqtələri görən, baş verə biləcək avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem yaradılıb.
BDU-nun festivalda III yeri qazanan “Humantek” komandası “Ağıllı damla sulama sistemi” layihəsi ilə torpağın mineral tərkibindən, rütubət səviyyəsindən və hava şəraitindən asılı olaraq kənd təsərrüfatı sahələrini avtomatik suvarmaqla su israfını minimuma endirməyi hədəfləyib.
Layihə çərçivəsində torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyaların yerləşdirilməsi nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts