Bakı Şəhər İcra Hakimiyyəti: “Azad qadın” heykəlinin sökülməsi ilə bağlı yayılan xəbərlər təəssüf doğurur

Tokio, 14 iyun , /AJMEDIA/

“Azad qadın” heykəlinin ətrafında aparılan təmir işləri ilə bağlı sosial şəbəkələrdə, bir sıra kütləvi informasiya vasitələrində yayılan xəbərlər çox təəccüb və təəssüf doğurur.
AJMEDIA xəbər verir ki, bu sözlər Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır.
“Hazırda Bakı Şəhər İcra Hakimiyyəti “Təmir-Tikinti” MMC tərəfindən ərazidə sınmış və ya zədələnmiş qranit və mərmər daşları sökülüb yeniləri ilə əvəz olunur, ərazi abadlaşdırılır. Abadlıq işlərinin sonunda ərazi yaşıllaşdırılacaq, yeni gül və kollar əkiləcək, qazon salınacaq, ərazi gözəl məkana çevriləcək”, – deyə Bakı Şəhər İcra Hakimiyyətinin açıqlamasında vurğulanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts