Bakı-Naxçıvan-Bakı istiqamətində bütün aviareyslər təxirə salınıb

Tokio, 18 dekabr , /AJMEDIA/

Naxçıvan şəhəri üzərində ikinci gündür ki, davam edən əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən və uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə bütün reyslər təxirə salınıb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, QSC bütün sərnişinlərdən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.
Həmçinin uçuşlar haqqında məlumat yeniləndikdə bütün sərnişinlər fərdi şəkildə məlumatlandırılacaq.
Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə [email protected] ünvanına və ya +994 55 204 65 54, +994 70 437 40 86 vatsap nömrələri vasitəsilə müraciət etmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts