Bakı-Moskva reysini yerinə yetirən təyyarə texniki səbəblərdən uçuş hava limanına qayıdıb

Tokio, 10 iyul , /AJMEDIA/

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən “Airbus A340” hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
AJMEDIA xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.
“Airbus A340” təyyarəsi saat 09:11-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Gecikmiş Bakı-Moskva və Moskva-Bakı reyslərinin sərnişinləri texniki problemlər aradan qaldırılana qədər hoteldə yerləşdiriləcək və lazımi əşyalarla təmin olunacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts