AzMİU-nun tələbəsi yapon dili müsabiqəsində uğur qazanıb

Tokio, 29 noyabr , /AJMEDIA/

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) II kurs tələbəsi Əsmər Cəfərli Bakı Dövlət Universitetində keçirilən 21-ci Bakı yapon dili natiqlik müsabiqəsində III yerə layiq görülüb.
AzMİU-dan AJMEDIA-ya bildirilib ki, o, müsabiqəyə “Mənim gözümdə dostluğumuz” mövzusunda inşası ilə qatılıb. Yapon dilində səlis çıxışı ilə münsiflərin diqqətini cəlb edən Əsmər Cəfərliyə qazandığı uğura görə sertifikat və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Əsmər Cəfərli yapon dilini orta məktəbin V sinfində oxuyarkən öyrənməyə başlayıb. O, tək yapon dilinə yox, yapon mədəniyyəti, tarixi, adət-ənənələrinə böyük maraq göstərərək bu istiqamətdə təşkil olunan yarışlarda və müsabiqələrdə uğurla iştirak edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts