Azexport.az” portalı beynəlxalq konsorsiuma sədrlik edəcək

Tokio, 24 aprel , /AJMEDIA/

“Azexport” portalı “International Consortium of E-Commerce Development (ICED)” beynəlxalq konsorsiumuna həmsədr seçilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AJMEDIA-ya bildirilib ki, beynəlxalq təşkilatın əsas məqsədi müxtəlif ölkələrdə elektron ticarət sahəsində xidmət göstərən qurumların birgə fəaliyyətinin təşkili, beynəlxalq ticarətdə rəqəmsal həllərin təşviqi, nağdsız ödənişlərin stimullaşdırılması, sahə üzrə yeni layihələrin icrası, təlimlərin təşkili və beynəlxalq təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsidir.
Hazırda ilkin mərhələ olaraq təşkilata Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Norveçdən olan 25-dək üzvün qoşulması prosesi aparılır.
İl sonuna qədər təşkilat üzvlərinin 100-ə çatması proqnozlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts