“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən indiyədək 594,8 milyon tona yaxın neft hasil olunub

Tokio, 12 iyul , /AJMEDIA/

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən iyulun 1-dək 594,8 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən AJMEDIA-ya bildirilib ki, “Azəri-Çıraq-Günəşli”dən 556,8 milyon ton neft, “Şahdəniz”dən isə 38 milyon ton kondensat çıxarılıb. Bu yataqlardan iyulun 1-dək 593 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Yataqlar istismara veriləndən cari il iyulun 1-dək “Azəri-Çıraq-Günəşli”dən 197 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 170 milyard kubmetrdən çox qaz hasil olunub. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 116 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.
2022-ci ilin yanvar-iyun aylarında ölkədə neftin emalı 2,7 milyon ton olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts