Azərbaycanla Pakistan arasında ticarət əlaqələrinin inkişafı məsələləri müzakirə olunub

Tokio, 27 yanvar, /AJMEDIA/

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Ticarətin İnkişafı Qurumunun katibi Əhsən Əli Manqi ilə görüşüb.

AJMEDIA xəbər verir ki, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluqla bəhs edən səfir iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

X.Fərhadov Azərbaycan və Pakistanın müvafiq qurumları arasında baxılmaqda olan Preferensial Ticarət Sazişinə toxunub və bu sənədin iki ölkə arasında ticarət əlaqələrinin artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb. O, həmçinin iş adamlarının qarşılıqlı səfərlərinin, eləcə də biznes-forumların təşkilinin iqtisadi əlaqələrinin daha da güclənməsinə töhfə verəcəyini vurğulayıb.

Ə.Ə.Manqi səfir Xəzər Fərhadova görüşə görə təşəkkürünü bildirib, Azərbaycanla Pakistan arasındakı səmimi münasibətlərdən söz açıb. İqtisadi-ticari əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduqlarını deyən qurumun katibi Pakistanın Ticarətin İnkişafı Qurumu ilə AZPROMO arasında anlaşma memorandumu imzalandığını və həmin qurumla sıx təmasda olduqlarını qeyd edib.

Görüş zamanı Azərbaycan-Pakistan Biznes Şurasının yaradılması, eləcə də hər iki ölkədə sərmayə qoyuluşu imkanları barədə fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts