Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq

Tokio, 12 mart , /AJMEDIA/

Azərbaycanda martın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6°, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 771 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti proqnozlaşdırılır.

Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər arabir duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti gözlənilir.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Gecə və səhər arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, yüksək dağlıq ərazilərdə 8°-dək şaxta, gündüz 5-10° isti olacaq.

Gəncə şəhəri, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Arabir duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 10-15° isti olacağı proqnozlaşdırılır.

Mingəçevir şəhəri, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava

əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Şirvan şəhəri, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava

əsasən yağmursuz olacaq. Lakin gündüz şərq rayonlarından başlayaraq arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 10-15° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüzdən arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7°, gündüz 8-13° isti, dağlarda gecə 2-4°, gündüz 5-9° isti olacaq.

Gecə və səhər ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlayacağı ehtimalı var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts