Azərbaycandan İtaliyaya göndərilən neft məhsullarının dəyəri 6,4 milyard dollardır

Tokio, 18 dekabr , /AJMEDIA/

Yanvar-noyabr aylarında Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 8 milyon 629,4 min ton, dəyəri isə 6 milyard 452,9 milyon ABŞ dolları olub.
AJMEDIA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
On bir ayda ölkəmizdən Hindistana 1 milyard 625,4 milyon dollarlıq 2 milyon 16,8 min ton, İsrailə 1 milyard 566,9 milyon dollarlıq 2 milyon 150,6 min ton, Xorvatiyaya 952,3 milyon dollarlıq 1 milyard 159,6 min ton, İspaniyaya 837,2 milyon dollarlıq 1 milyard 135,7 min ton, Böyük Britaniyaya 752,5 milyon dollarlıq 926 min ton, Portuqaliyaya 742,6 milyon dollarlıq 1 milyard 20,3 min ton, Çexiyaya 722,5 milyon dollarlıq 912,7 min ton, İndoneziyaya 605,8 milyon dollarlıq 795 min ton, Almaniyaya 563,7 milyon dollarlıq 801,4 min ton, Tunisə 453,2 milyon dollarlıq 604,9 min ton, Vyetnama 401 milyon dollarlıq 469 min ton, İrlandiyaya 399 milyon dollarlıq 521,5 min ton, Türkiyəyə 375,4 milyon dollarlıq 587,2 min ton, Rumıniyaya 320 milyon dollarlıq 448,6 min ton, Ukraynaya 304,5 milyon dollarlıq 506,3 min ton, Tailanda 257,2 milyon dollarlıq 404,9 min ton, İsveçrəyə isə 232 milyon dollarlıq 264,8 min ton xam neft və xam neft məhsulları ixrac edilib.
Qeyd edək ki, on bir ayda Azərbaycan 29 ölkəyə xam neft və xam neft məhsulları göndərib.
Hesabat dövründə Azərbaycandan ümumilikdə 24 milyon 318,4 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 18 milyard 318,6 milyon dollar olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts