Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər müzakirə olunub

Tokio, 2 mart , /AJMEDIA/

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “TikTok” şirkətinin platforma strategiya rəhbəri Junjiao Bai və şirkətin dövlət orqanları və korporativ məsələlər üzrə direktoru Sergey Sokolovla görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə dünya iqtisadiyyatında sürətli rəqəmsallaşma və bu xüsusda məhsuldarlığın əhəmiyyətli artımının keyfiyyətli inkişaf üçün fürsətlər yaratdığı qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda da rəqəmsal infrastrukturun təkmilləşdirilməsinə, rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqinə, innovativ texnologiyaların tələblərinə uyğun bilik və bacarıqları olan insan kapitalının formalaşdırılmasına xüsusi önəm verilir.

Vurğulanıb ki, rəqəmsal texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən təhsil, səhiyyə və digər sferalarda tətbiqi dayanıqlı inkişaf alətlərinin hərəkətə gətirilməsini, ölkəmizin yeni qlobal trendlərə uyğunlaşmasını təmin edəcək.

Tərəflər Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, “TikTok Startap Akademiyası”nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları, eyni zamanda vergilər, maliyyə savadlılığı və ümumilikdə ölkənin iqtisadi prioritetləri haqqında məlumatlandırma və maarifləndirmə üçün kontentlərin hazırlanması barədə fikir mübadiləsi aparıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts