Azərbaycanda Dövlət Vergi Xidmətinin rəsmi saytında yeni bölmə yaradılıb

Tokio, 18 aprel , /AJMEDIA/

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) Azərbaycan və ingilis dillərində “Kommersiya qurumlarının dövlət qeydiyyatı və vergiödəyicilərinin uçotu” adlı yeni bölmə yaradılıb.
Dövlət Vergi Xidmətindən AJMEDIA-ya bildirilib ki, kommersiya qurumlarının dövlət qeydiyyatı və uçot vahidləri ilə bağlı zəruri məlumatların yerləşdirildiyi bölmədə müvafiq sahə üzrə qanunvericilik, qeydiyyat prosedurlarının həyata keçirilməsi barədə informasiyalar, ərizə formaları, izahedici çarxlarla tanış olmaq mümkündür.
Bölmədə, həmçinin, kommersiya qurumlarının dövlət qeydiyyatının üsulları, qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı, ərizələrin doldurulması qaydaları, “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”, “Vergiödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”, “Fin-kod + mobil nömrə ilə qeydiyyat prosesinin təsviri” və “Qeyri-rezidentlərə ASAN imzanın onlayn təqdim edilməsi” mövzularında videotəlimatlar və s. əks etdirilib, vergiödəyicilərinə göstərilən xidmətlərin vahid standartlarının, PDF formatla yanaşı, “html” üzərindən açılması imkanı və axtarış funksiyası yaradılıb.
Əlavə olaraq bölmədə “Vergiödəyiciləri üzrə axtarış”, “Məlumat dəyişikliyi və ləğv edilmə proseduru”, “Lisenziyaların verilməsi”, “Qeydiyyat orqanları ilə əlaqə” kimi alt bölmələrə də keçid etmək mümkündür.
Ətraflı məlumatla www.taxes.gov.az/az/page/qeydiyyat internet ünvanından tanış olmaq olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts