“Azərbaycanda dini vəhdət və milli din anlayışı” mövzusunda elmi seminar keçiriləcək

Tokio, 15 oktyabr , /AJMEDIA/

Oktyabrın 18-də Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə həsr olunan “Azərbaycanda dini vəhdət və milli din anlayışı” mövzusunda elmi seminar keçiriləcək.
Bu barədə AJMEDIA-ya muzeydən məlumat verilib.
Seminarda muzeyin aparıcı elmi işçisi dosent Əli Fərhadovun mövzu üzrə məruzəsi dinləniləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts