Azərbaycan-Yaponiya Dostluq Mərkəzi

Tokio, 31 dekabr, /AJMEDIA/

Əziz Böyük Azərbaycan Xalqı!

Sizi Azərbaycan-Yaponiya Dostluq Mərkəzi adından və şəxsən öz adımdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm.
Böyük məmnuniyyətlə vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və onun müdrik siyasəti nəticəsində sevimli vətənimiz Cənubi Qafqazda lider ölkə imici qazanıb. Azərbaycan regionda sabitliyin və sülhün etibarlı sütununa çevrilərək, beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.
Dövlətimizin başçısı bizim ən böyük arzumuzu həyata keçirməklə bütün dünya azərbaycanlılarının lideri olduğunu təsdiqləyib. Prezident İlham Əliyev Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, işğal altında olan torpaqlarımızı da ötən il baş verən 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edib. Xalqımızın tarixində yeni səhifə açan müharibədə qalib gəlməklə yanaşı, cənab Prezident regionda hərtərəfli əməkdaşlıq və davamlı inkişaf üçün yeni əlaqələrin əsasını qoyub. Bu əlaqələr təkcə qonşu ölkələrə deyil, bütün Avrasiyaya fayda verəcək yeni layihələrin başlanmasına səbəb olub.
Fürsətdən istifadə edərək, Böyük Azərbaycan xalqına firavanlıq, sevimli Vətənimizin adının daha da yüksəlməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,
X. Kələntər
Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri,
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü

Follow us on social

Facebook Twitter Youtube

Related Posts