“Azərbaycan üçün alman farmasevtik məhsulları” üzrə təqdimat keçiriləcək

Tokio, 7 avqust , /AJMEDIA/

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) avqustun 22-23-də farmasevtika sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərindən ibarət nümayəndə heyətinin ölkəmizə ikigünlük işgüzar səfərini təşkil edir.
“AHK Azərbaycan”dan AJMEDIA-ya bildirilib ki, səfərin əsas məqsədi alman şirkətlərinin fəaliyyət, layihə və təkliflərinin tanıdılması, əməkdaşlıq imkanlarının müzakirəsi və regionda planlaşdırılan fəaliyyətləri haqqında yaxından məlumat verməkdir. Bu məqsədlə “AHK Azərbaycan” farmasevtika sahəsində fəaliyyət göstərən yerli şirkətləri avqustun 22-də “Azərbaycan üçün alman farmasevtik məhsulları” üzrə təqdimat edəcək. Tədbirdə Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri və Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru çıxış edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts