Azərbaycan Texniki Universitetinin qocaman müəllimləri təltif olunublar

Tokio, 6 oktyabr , /AJMEDIA/

Azərbaycan Texniki Universitetində (AzTU) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
AzTU-dan AJMEDIA-ya bildirilib ki, rektor Vilayət Vəliyev müəllimləri əlamətdar gün münasibətilə təbrik edib. Rektor tədrisin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı gənc kadrların hazırlanması istiqamətində görülən işlərdə müəllimlərin rolunu xüsusi vurğulayıb. Vilayət Vəliyev deyib ki, AzTU-da qarşıya qoyulan hədəflərə çatmaq üçün həyata keçirilən layihələrdə istər qocaman, istərsə də gənc müəllimlərin potensialından istifadə olunacaq.
Daha sonra AzTU-nun qocaman müəllimləri adından professorlar Tamilla Hüseynova və Rəhim Şükürov çıxış ediblər. Onlar son illər universitetdə görülən işlər barədə fikirlərini bildiriblər.
Çıxışlardan sonra AzTU-nun qocaman müəllimləri təltif olunublar.
Tədbirin bədii hissəsində Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts