Azərbaycan Sahibkarlar Konfederasiyasında yapon investorlarla görüş olub

Tokio, 6 aprel , /AJMEDIA/

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti (ASK) Məmməd Musayev ölkəmizdə səfərdə olan yaponiyalı investorlarla görüşüb.

ASK-dan AJMEDIA-ya bildirilib ki, ASK “Business Consulting” şirkəti ilə ASK-nın üzvi olan “TET international Development” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycana işgüzar səfərə gələn investorlar qarşılıqlı maraq doğuran bir sıra sahələrlə əlaqədar bir neçə görüş keçiriblər.

Yapon şirkətinin prezidenti Taro Savada iş adamlarını maraqlandıran sahələrlə bağlı yaranan sualları diqqətə çatdırıb.

Görüşdə Azərbaycanda sərmayə potensialı olan iqtisadi sektorlar, biznesə başlamaq prosedurlarının sadələşdirilməsi barədə yapon investorlara ətraflı məlumat verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts