Azərbaycan sənətkarları əl işlərini Bakıdakı art-yarmarkada təqdim ediblər

Tokio, 5 mart , /AJMEDIA/

Bakıdakı Rus evində əl işlərindən ibarət art-yarmarka təşkil olunub.

AJMEDIA-ya bu barədə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən məlumat verilib.

Yerli sənətkarların əl işləri çoxsaylı qonaqların böyük marağına səbəb olub. Sərginin qonaqları rəsm mövzusunda ustad dərsində iştirak etmək, eləcə də qeyri-adi ev şirniyyatının dadına baxmaq, həmçinin epoksid qatranından hazırlanmış və əl işi olan müxtəlif məhsullar, suvenirlər, bijuteriya, sabun, toxunma yumşaq oyuncaqlar, keramika qabları almaq imkanı əldə ediblər.

Tədbirdə, həmçinin qaliblərə xatirə hədiyyələrinin təqdim edildiyi maraqlı viktorina keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts