“Azərbaycan-qaraqalpaq folklor və epik əlaqələri” monoqrafiyası çapdan çıxıb

Tokio, 14 dekabr, /AJMEDIA/

AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Məmmədovanın “Azərbaycan-qaraqalpaq folklor və epik əlaqələri” monoqrafiyası çapdan çıxıb.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, rəyçiləri isə filologiya elmləri doktoru, professor Səhər Orucova və filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdrət Umudovdur.

Monoqrafiyada qaraqalpaqların təşəkkül tarixi, dili, folkloru və epik nümunələri müqayisəli şəkildə nəzərdən keçirilib. Müəllif əsərində qaraqalpaq folklor və epik nümunələrini əksər hallarda Azərbaycan folklor və epik nümunələri ilə qarşılıqlı əlaqələr müstəvisində təhlil edib, Azərbaycan-qaraqalpaq xalqlarının etnogenik çevrəsi ilə bağlı aydın və dolğun mənzərə yaradıb.

Əsərdə, həmçinin iki xalqın məişət və mərasim nəğmələrinə, bu nəğmələrin oxşar və fərqli xüsusiyyətlərinə, meydan tamaşaları ilə lətifələr arasındakı bağlılığa aydınlıq gətirilib. Monoqrafiyada Azərbaycan və qaraqalpaq xalqlarının dastan nümunələrinin bir sıra nəzəri məsələləri də araşdırılıb və qaraqalpaqların “Qırx qız” qəhrəmanlıq dastanının bəzi nümunələri orijinaldan dilimizə çevrilərək oxuculara təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts