Azərbaycan Ordusunun şəhid hərbçisi Qubada dəfn edilib

Tokio, 14 sentyabr , /AJMEDIA/

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçu Həsənov Ümid İlqar oğlu sentyabrın 14-də doğulub boya-başa çatdığı Quba rayonunun İsnovqışlaq kəndində torpağa tapşırılıb.
AJMEDIA xəbər verir ki, şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Quba Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Dəfn mərasimində izdiham yaşanıb. Çıxışlarda düşmənin genişmiqyaslı təxribatın qarşısının qətiyyətlə alındığı, hərbçilərimizin döyüş meydanında şücaət göstərdiyi vurğulanıb.
21 yaşlı Ümid Həsənov Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edirdi.
Şəhidin cənazəsi İsnovqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub.
Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts