Azərbaycan növbəti dəfə “Beynəlxalq Yaşıl Həftə” sərgisində iştirak edəcək

Tokio, 20 dekabr , /AJMEDIA/

Yanvarın 20-dən 29-dək Berlin şəhərində “Beynəlxalq Yaşıl Həftə – 2023” qida, kənd təsərrüfatı və bağçılıq sərgisi açılacaq. Azərbaycan sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunacaq.
AZPROMO-dan AJMEDIA-ya bildirilib ki, agentlik yerli sahibkarların sərgidə iştirakı ilə bağlı müraciətlərin qəbuluna başlayıb. Sərgidə iştirak etmək istəyən sahibkarlar əlaqə vasitəsilə AZPROMO-ya müraciət edə bilərlər: Telefon: (+994 12) 598-01-47/48. E-mail: [email protected].
Qeyd edək ki, Avropanın ən iri sərgilərindən hesab olunan “Beynəlxalq Yaşıl Həftə” 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 70-ə yaxın ölkəsindən 1500-dən çox şirkətin və 5 minədək media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyon insan tərəfindən ziyarət olunur. Gələn il keçiriləcək sərgidə Azərbaycan 13-cü dəfə iştirak edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts