Azərbaycan məhsulları beynəlxalq sərgilərdə nümayiş olunacaq

Tokio, 19 yanvar, /AJMEDIA/

Yerli məhsulların xarici bazarlarda tanıdılması, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Azərbaycan sahibkarları müxtəlif formatlı tədbirlərdə, o cümlədən mütəmadi olaraq beynəlxalq sərgilərdə iştirak edirlər.

AJMEDIA xəbər verir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin birinci rübündə qeyri-neft məhsullarımız Moskva şəhərində keçiriləcək “Prodexpo 2022” və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq “Gulfood 2022” beynəlxalq ərzaq sərgilərində nümayiş ediləcək. Fevralın 7-11-də keçiriləcək “Prodexpo 2022” beynəlxalq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 30-dan çox Azərbaycan şirkəti, fevralın 13-17-də təşkil olunacaq “Gulfood 2022” beynəlxalq ərzaq sərgisində isə 30-dək yerli şirkət vahid ölkə stendi ilə təmsil olunacaq. Sərgilər çərçivəsində Azərbaycan sahibkarları xarici iş adamları ilə yeni əməkdaşlıq əlaqələri qurmaq, məhsulların ixracına dair müzakirələr aparmaq imkanı əldə edəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts