Azərbaycan ilə Gürcüstanın elektrik ixracı və tranzit imkanlarının artırılması haqqında danışılıb

Tokio, 8 oktyabr , /AJMEDIA/

Energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər edib.
AJMEDIA xəbər verir ki, nazir səfər çərçivəsində Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
“Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Qara dəniz sualtı elektrik xəttinin reallaşdırılması, elektrik ixracı və tranzit imkanlarının artırılması, eləcə də digər istiqamətlərdə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə etdik”,- deyə P.Şahbazov məlumat verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts