Azərbaycan ilə Gürcüstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Tokio, 19 aprel , /AJMEDIA/

Azərbaycan ilə Gürcüstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar var.
AJMEDIA xəbər verir ki, bu fikirlər Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə bu ölkənin ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiya ilə görüşündə səslənib.
Görüşdə tərəflər iki dost və strateji tərəfdaş olan Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı, qida təhlükəsizliyi və ətraf mühitin qorunması sahələrində də sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıblar. Bildirilib ki, müvafiq sahələrdə əməkdaşlığın qorunub saxlanılması və daha da möhkəmləndirilməsi məqsədilə yeni layihələrin hazırlanması və həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Tərəflər, həmçinin kənd təsərrüfatı, qida təhlükəsizliyi və ətraf mühitin qorunması sahələrində müqavilə-hüquq bazasının təkmilləşdirilməsi və yeni saziş layihələrinin imzalanması, o cümlədən Kür çayı hövzəsi və transsərhəd sularından birgə səmərəli istifadə sahəsində qanunvericilik bazası ilə bağlı fikir mübadiləsi aparıblar.
Eyni zamanda, görüşdə ikitərəfli ticarət dövriyyəsində qeyri-neft, xüsusilə kənd təsərrüfatı məhsullarının payının artırılması, bu sahədə hər iki ölkədə keçirilən beynəlxalq sərgi və konfranslarda dövlət və özəl sektor təmsilçilərinin qarşılıqlı iştirakının təşviqi imkanları nəzərdən keçirilib.
Söhbət zamanı kənd təsərrüfatı və ətraf mühit sahələrində Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlıq formatının əhəmiyyəti qeyd olunub, ölkələrimiz arasında bu sahələrdə, o cümlədən fındıq istehsalının genişləndirilməsi, Qafqazda vəhşi təbiətin bərpası, biomüxtəlifliyin qorunması və digər bir sıra mühüm layihələrin həyata keçirildiyi vurğulanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts