Avstriyada Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması barədə müzakirələr aparılıb

Tokio, 30 sentyabr , /AJMEDIA/

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Avstriyanın ölkəmizdəki səfiri Tomas Şuller-Qötzburqla görüşüb.
ADU-dan AJMEDIA-ya bildirilib ki, diplomatı rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, ADU-da alman dili və mədəniyyətinə böyük maraq var, tələbələr alman dilini həvəslə öyrənirlər. Universitetdə Avstriya Mərkəzi və Avstriya Kitabxanası uğurla fəaliyyət göstərir.
Akademik Kamal Abdulla Tomas Şuller-Qötzburqu tələbələrə mühazirə oxumaq üçün “Səfir saatı” layihəsinə dəvət edib. Görüşdə, eyni zamanda, Avstriya universitetlərindən birində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması barədə müzakirələr aparılıb.
Avstriyanın ölkəmizdəki səfiri universitet tələbələrinin alman dilinə olan marağını yüksək dəyərləndirib, ADU rəhbərliyinə bu dilə olan diqqətinə görə təşəkkürünü bildirib. O, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin Avstriya universitetlərindən birində fəaliyyətə başlaması ilə bağlı təklifi yüksək dəyərləndirib və bununla bağlı müvafiq qurumlarla danışıqların aparılacağını nəzərə çatdırıb.
Daha sonra səfir ADU-nun Avstriya Mərkəzi və Avstriya Kitabxanası ilə tanış olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts