Avropada min kubmetr qazın qiyməti min dollardan aşağı düşüb

Tokio, 19 aprel , /AJMEDIA/

Avropada aprelin 19-da keçirilən hərracın açılışında mavi yanacağın min kubmetrinin qiyməti fevralın 23-dən bu yana ilk dəfə olaraq min dollardan aşağı düşüb.
AJMEDIA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın may fyuçersinin qiyməti 947 dollara enib. Ümumilikdə isə gün ərzində mavi yanacağın qiymətində 11,1 faiz ucuzlaşma müşahidə olunub.
Mavi yanacağın ucuzlaşması Avropada havaların istiləşməsi, yeraltı anbarlara aktiv qaz vurulması və Rusiyadan sabit qaz axını fonunda baş verir.
Bu il martın 7-də Avropada təbii qazın qiyməti 79 faiz bahalaşaraq tarixdə ilk dəfə min kubmetrə görə 3900 dollara yüksəlmişdi.
Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması səbəbindən Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın, həmçinin bir sıra digər dövlətlərin rusiyalı hüquqi və fiziki şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar qazın qiymətinin xeyli artmasına səbəb olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts