Avrasiya İqtisadi Şurasının onlayn iclasında quruma sədrlik Qırğızıstana keçib

Tokio, 11 dekabr, /AJMEDIA/

Avrasiya İqtisadi Şurasının Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilən onlayn iclasında 2022-ci ildə təşkilata sədrlik Qırğızıstana keçib.

AJMEDIA Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda Belarus, Qırğızıstan, Rusiya prezidentləri Alaksandr Lukaşenko, Sadır Japarov, Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan, Avrasiya İqtisadi Şurasının fəxri sədri Nursultan Nazarbayev, həmçinin müşahidəçi dövlətlər – Özbəkistanın və Kubanın prezidentləri Şavkat Mirziyoyev və Miqel Bermudes və Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviç iştirak ediblər.

İclasda Avrasiya İqtisadi Birliyinin (AİB) fəaliyyəti, üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts