“ASAN xidmət”də təhsil xidmətləri təqdim olunur

Tokio, 7 aprel , /AJMEDIA/

Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı nəticəsində “ASAN xidmət” mərkəzlərində vətəndaşlara təhsil xidmətləri təqdim olunur.

Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda ilk olaraq Bakı şəhərində 5 saylı “ASAN xidmət” mərkəzində bu xidmət göstərilir. Prosesin tədricən paytaxt və regionlarda fəaliyyət göstərən digər mərkəzlərdə də həyata keçirilməsi planlaşdırılır. İlkin mərhələdə vətəndaşlar 5 təhsil xidmətindən yararlana biləcəklər. Növbəti mərhələlərdə xidmətlərin sayının artırılması nəzərdə tutulur.

Vətəndaşlar mərkəzlər vasitəsilə təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi, şagirdlərin elektron yerdəyişməsi, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu, cari təhsil alanlar üçün elektron təhsil arayışları, təhsil tələbə kreditinə elektron müraciət xidmətlərindən yararlana bilərlər.

Qeyd edək ki, sözügedən təhsil xidmətlərinin hər biri Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir. Bununla yanaşı, elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya məlumatsız vətəndaşlar bundan sonra “ASAN xidmət” mərkəzlərinə də yaxınlaşaraq konsultativ dəstək ala bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts