ASAN növbə sistemində yenilik edilib

Tokio, 12 may , /AJMEDIA/

ASAN növbə sistemində yenilik edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildirilib ki, vətəndaşlar mobil tətbiqlə yanaşı, mərkəzlərdə məlumat köşkü vasitəsilə növbəti gün üçün də istənilən xidmətə və istənilən mərkəzə, həmçinin www.asan.gov.az saytından (ASAN Login) onlayn növbə əldə edə bilərlər.
Həmçinin mərkəzlərdə xidməti pəncərələrdə yerləşdirilmiş xüsusi POS-terminallar vasitəsilə bank ödənişlərini onlayn qaydada daha asan həyata keçirmək olar.
Yaxın vaxtlarda isə QR kod vasitəsilə ödəmə imkanları yaradılacaq. Burada məqsəd vətəndaşların məmnunluğudur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts