Anadolu Universiteti ilə UNEC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Tokio, 21 oktyabr , /AJMEDIA/

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyənin Anadolu Universiteti arasında “Erasmus+” mübadilə proqramına əsaslanan müqavilə imzalanıb.
UNEC-dən AJMEDIA-ya bildirilib ki, tərəflər arasında əldə olunan razılığa əsasən, İqtisad Universitetinin 20 tələbə və 16 müəlliminin Anadolu Universitetində 2022/2027-ci illərdə mübadilədə iştirak etməsi nəzərdə tutulub.
Proqram çərçivəsində ilk olaraq tələbələrin təcrübə mübadiləsi həyata keçiriləcək. Müsabiqədən uğurla keçən tələbələr Anadolu Universitetində müxtəlif strukturlarda təqaüdlü təcrübədə iştirak edəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts