Amerikalı sərmayədarlar azad olunan ərazilərin bərpasında iştirak edəcəklər

Tokio, 9 Dekabr, /AJMEDIA/

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqerlə görüşüb.

AJMEDIA xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviter hesabında yazıb.

O bildirib ki, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib.

Nazir qeyd edib ki, görüşdə amerikalı investorların Azərbaycanda fəaliyyətinin genişləndirilməsi potensialı və işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirələr aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts