AMEA Neft və Qaz İnstitutunun magistraturasında əyani tədrisə start verilib

Tokio, 30 Sentyabr, /AJMEDIA/

Sentyabrın 29-da AMEA Neft və Qaz İnstitutunun magistraturasında geofizika mühəndisliyi ixtisası neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları ixtisaslaşması üzrə əyani tədrisə start verilib.

Bu barədə AJMEDIA-ya institutdan məlumat verilib. Bildirilib ki, 2021-2022-ci tədris ili üzrə institutun magistraturasına 3 nəfər qəbul olub. Magistrantlara birinci tədris ilində AMEA Yer Elmləri Bölməsinin alimləri tərəfindən quyuların geofiziki üsulları, sahə nəzəriyyəsi, geofizika mühəndisliyinin müasir problemləri, qravimetrik və maqnitometrik kəşfiyyat üsulları, rəqəmsal yazıların emal alqoritmləri (proqramlar) fənləri üzrə mühazirələr oxunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts