Akademik Əli Quliyevin 110 illik yubileyinə həsr edilən elmi konfransa məqalə qəbulu sona çatır

Tokio, 1 aprel , /AJMEDIA/

Mayın 29-30-da AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Müxtəlif təyinatlı üzvi maddələr və kompozision materiallar” mövzusunda respublika elmi konfransı keçiriləcək. Konfrans üzvi kimya, neft kimyası və neft emalı sahəsində görkəmli alim, SSRİ-də sürtkü yağları, yanacaq və xüsusi mayelər üçün aşqarlar kimyasının əsasını qoymuş kimyaçılardan biri, Əməkdar elm xadimi, Azərbaycanın və iki dəfə SSRİ-nin Dövlət Mükafatı Laureatı, AMEA Aşqarlar Kimyası İnstitutunun yaradıcısı və ilk direktoru olmuş akademik Əli Quliyevin 110 illik yubileyinə həsr ediləcək.

İnstitutdan AJMEDIA-ya bildirilib ki, konfransda “Yağlara, yanacaqlara və xüsusi mayelərə aşqarlar, polimer materiallarına stabilizatorlar”, “Kompozision materiallar”, “Neft və qaz hasilatı və emalında istifadə olunan reagentlər”, “Aşqarların, reagentlərin və kompozision materialların sintezi və tətbiqinin ekoloji aspektləri”, “Zərif üzvi sintez və bioüzvi kimya” və “Kompüter kimyası” bölmələri üzrə plenar, şifahi və stend məruzələrin dinlənilməsi nəzərdə tutulur.

Məruzələr aprelin 1-dək qəbul ediləcək. Konfransın rəsmi dili Azərbaycan, rus və ingilis dilləridir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts