ADNSU-da şəhid məzunların adına auditoriyalar açılıb

Tokio, 10 noyabr , /AJMEDIA/

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin Vətən müharibəsində şəhid olan 23 məzununun hər birinin adına auditoriya açılıb.
Bu barədə AJMEDIA-ya ADNSU-dan məlumat verilib.
Universitetin professor-müəllim heyətinin, şəhid valideynlərinin, tələbələrin iştirak etdiyi açılış mərasimində torpaqlarımızın azadlığı yolunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.
ADNSU-nun rektoru professor Mustafa Babanlı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunduğunu, Böyük Zəfər qazandığımızı söyləyib.
M.Babanlı bizə Böyük Qələbə sevincini yaşadan şəhidlərimizin əziz xatirəsinin daim ürəklərdə yaşayacağını vurğulayıb. O, universitetdə şəhid məzunların xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində 23 şəhid məzunun hər birinin adına auditoriya yaradıldığını deyib.
Sonra şəhidlərin valideynlərinin iştirakı ilə onların qəhrəman övladlarının adlarına olan auditoriyaların açılışı olub. Hər bir şəhidimizin adına olan auditoriyada onun həyat və döyüş yolundan bəhs edən stendlər quraşdırılıb.
Şəhidlərin ailə üzvləri çıxışlarında övladları ilə bağlı xatirələrini bölüşüblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts